Rusiya hərbçiləri Suriyanın cənubuna gəliblər | VİDEO

 Rusiya hərbçiləri Suriyanın cənubuna gəliblər    | VİDEO
  18 Noyabr 2025    Oxunub:549
Rusiya hərbi missiyası Suriyanın cənubundakı Əl-Kuneytrə və Dəraa şəhərlərinə səfər edib.
AzVision.az xəbər verir ki, yayımlanan video-materiallarda Suriya təhlükəsizlik qüvvələrinə məxsus pikapların müşayiəti ilə qara rəngli çətin relyeflərə uyğunlaşdırılmış avtomobillərdən ibarət karvan görünür. Səfər Rusiya və Suriya hərbi nümayəndə heyətləri arasında müntəzəm təmaslar və işgüzar görüşlər fonunda baş tutub.

Mahiyyət etibarı ilə, bu, Rusiya silahlı qüvvələrinin həmin ərazidə yerləşən obyektləri tərk etdikdən, şəxsi heyət və texnikanın Xmeymim və Tartus bazalarına köçürülməsindən sonra ölkənin cənub bölgələrində Rusiya hərbçilərinin ilk rəsmi gəlişidir.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   hərbçilər   Suriya  



Xəbər lenti